BYD arakəsməni dağıdıb işıq dirəyinə çırpıldı – Sürücü xəsarət aldı
1 min read

BYD arakəsməni dağıdıb işıq dirəyinə çırpıldı – Sürücü xəsarət aldı

Bu gün səhər saatlarında Bakı-Qazax magistralının Qaradağ rayonu, Səngəçal qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, BYD markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə metal arakəsmələrə, sonra işıq dirəyinə çırpılıb. Nəticədə, avtomobil tamamilə yararsız hala düşüb.

Bildirilib ki, hadisə bu gün səhər saat 07:00-da Bakı-Qazax yolunun 39-cu kilometrliyində qeydə alınıb.

“Nicat Nizami oğlu Sadıqov idarə etdiyi BYD markalı, 77-QL-472 dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməsini itirib və nəticədə onu maneəyə çırpıb. Hadisə nəticəsində sürücü xəsarət alıb”, –