Bu gün Masallının bəzi kəndlərində qaz olmayacaq
Bu gün Masallının bəzi kəndlərində qaz təchizatı dayandırılacaq.
Canlixeber.com zəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar işlər yekunlaşanadək Masallı rayonunun Çaxırlı, Binə Xocavar, Şərəfə və Ağakişibəyli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
