70 yaşlı kişi hoteldə öldü
1 min read

70 yaşlı kişi hoteldə öldü

Beyləqanda hoteldə ölüm hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə iyunun 18-nə keçən gecə olub.

Səhər saat 08 radələrində 1956-cı il təvəllüdlü Gəncə şəhər sakini Adil Fərhad oğlu Quliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti hoteldə tapılıb.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.