5 övladı olan həmyerlimiz Rusiya-Ukrayna müharibəsində həlak oldu
Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən daha bir azərbaycanlı həyatını itirib.
Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Astara rayonunun Siyəkəran kənd sakini Vaqif Qazı oğlu Qəhrəmanov cəbhədə gedən döyüşlər zamanı həlak olub.
Bir müddətdir itkin düşmüş şəxs kimi axtarışda olan V. Qəhrəmanovun nəşi tapılıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan və Rusiyada muzdlu fəaliyyətlə məşğul olan V. Qəhrəmanov ailəli idi, onun geridə 5 övladı qalıb.
Mərhumun nəşinin yaxın günlərdə dəfn olunmaq üçün vətənə gətiriləcəyi gözlənilir.
