1 min read

Prezident: “Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır”

“Biz Cənub Şərqi Asiya ilə maraqlanırıq, bizim xarici siyasətin prioritetlərindən biridir, vacib bir bölgədir”. Canlixeber.com xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynamaqdadır.

1 min read

Çağırışçılarla bağlı yanlış diaqnozlara görə 2 nəfər məsuliyyətə cəlb olunub, 14 nəfərə xəbərdarlıq edilib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, eləcə də respublikanın ayrı-ayrı rayon (şəhər) prokurorluqlarında istintaq olunan cinayət işləri və araşdırılan materiallar üzrə tibbi müayinələrin tam aparılmaması və yanlış diaqnozlar səbəbindən səhhətində problem olan çağırışçıların xidmətə göndərilərək sonradan vaxtından əvvəl tərxis olunması, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli qurumlarında daxili […]

1 min read

Azərbaycan Prezidenti: “Kamboca ilə siyasi münasibətlərimiz güclüdür”

“Siyasi münasibətlərimiz güclüdür, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində əməkdaşlıq edirik”. Canlixeber.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı vurğulayıb ki, eyni zamanda, ticarət və investisiyalar istiqamətində işləri müzakirə etməliyik.

1 min read

İlham Əliyev: “Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik”

“Biz yaxşı dostlar və tərəfdaşlarıq”. Canlixeber.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə mətbuata bəyanatında söyləyib. “Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik, bir-birimizə dəstək oluruq”, – deyə dövlətimizin başçısı qeyd edib.

1 min read

İlham Əliyev: “Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir”

“Süni intellektin, rəqəmsallaşmanın və digər yeni həllərin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir”. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına ünvanladığı müraciətində bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, bu prosesdə texnoloji tərəqqinin yaratdığı imkanlardan səmərəli yararlanmaqla yanaşı, […]

1 min read

Prezident: “Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib”

“Azərbaycan hər zaman, xüsusilə də TDT-yə sədrliyi dövründə təşkilatın institusional olaraq güclənməsi, qlobal müstəvidə nüfuzunun artması və vahid ailəmiz olan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib”. Canlixeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

3 mins read

İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb. Canlixeber.com müraciətin mətnini təqdim edir: “Sizi Bakı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşündə səmimi-qəlbdən salamlayıram. Azərbaycan hər zaman, xüsusilə də TDT-yə sədrliyi dövründə təşkilatın institusional olaraq güclənməsi, qlobal müstəvidə nüfuzunun […]

1 min read

İlham Əliyev İspaniya Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeni ölkənin milli bayramı münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, təbrikdə deyilir: “İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, […]

1 min read

Azərbaycanda muzdla işləyən vətəndaşların sayı açıqlandı – Statistika

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 7.2 faiz artaraq 1 173 manat təşkil edib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Məlumata görə, 2026-cı il sentyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 776.8 min nəfər olub. Onlardan 834.2 min nəfəri dövlət, 942.6 min […]