October 2026
Misli Premyer Liqasında VIII tura iki oyunla start verilir
Bu gün Misli Premyer Liqasının VIII turu çərçivəsində iki oyun keçiriləcək. Canlixeber.com xəbər verir ki, turun ilk qarşılaşmasında “Şamaxı” “Şəfa”nı qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq. Günün digər matçında isə “Sumqayıt” “Araz-Naxçıvan”la üz-üzə gələcək. “SOCAR Polymer Arena”da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək. Misli Premyer Liqası VIII tur 16 oktyabr […]
Bu gün hava necə olacaq?
Oktyabrın 16-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-28° […]
İki ildən çox əsir saxlanılan BMT əməkdaşı azad edildi
Yəmənin “Ənsar Allah” hərəkatını təmsil edən husi üsyançıları 2024-cü ilin iyununda əsir götürülmüş BMT missiyasının əməkdaşı Sami əl-Kəlabini sərbəst buraxıblar. Canlixeber.com xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi BMT-nin baş katibinin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberqə istinadən məlumat yayıb. Beynəlxalq təşkilatın məlumatına əsasən, üsyançılar qurumun daha 71 işçisini hələ də girovluqda saxlamağa […]
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. Canlixeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq elan edərək deyib: “Hörmətli dövlət və hökumət başçıları. Hörmətli nümayəndə heyətləri rəhbərləri. Xanımlar və cənablar. Sizləri […]
“Borussiya Dortmund” “Sabah”la oyundan əvvəl çətin vəziyyətlə üzləşib
“Sabah”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Borussiya Dortmund” sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. Canlixeber.com xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə “Budyo Qlimt”lə qarşılaşma ilə başlayıb. Niko Kovaçın rəhbərlik etdiyi komanda həmin oyunda 0:1 hesabı ilə məğlub olub. Almaniya klubu oktyabrın 17-də […]
Sultan Hacıyev AQEM-in yeni baş katibi olacaq
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeni baş katibi səfir Sultan Hacıyev olacaq. Canlixeber.com xəbər verir ki, bunu təşkilatın Baş katibi Kayrat Sarıbay Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında deyib.
Bakı Bəyannaməsi qəbul edilib
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. Canlixeber.com xəbər verir ki, xsənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəlif istiqamətlər üzrə irəli sürdüyü təşəbbüslər və təşkil etdiyi tədbirlər alqışlanır. Bakı Bəyannaməsində beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi və ekoloji sahələrdə […]
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Canlixeber.com xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Canlixeber.com bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. Canlixeber.com xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirilib. Azərbaycan Prezidentinin Qazaxıstana, həmçinin Qazaxıstanın dövlət başçısının isə ölkəmizə səfərlərinin əməkdaşlığımızın genişlənməsinə mühüm töhfə verdiyi qeyd edilib. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə […]
