October 2026
Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib
Oktyabrın 23-də saat 00:10 radələrində paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayevin bıçaq xəsarətlərindən qətlə yetirilməsi ilə nəticələnən hadisə baş verib. Canlixeber.com xəbər verir ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum olunmuş Ramil […]
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, toplantının gündəm mövzusu birjada manipulyasiya nəticəsində yaranan böhran olacaq. Bununla yanaşı, “Terrorsuz Türkiyə” prosesi də müzakirə ediləcək. Məlumata görə, Yaxın Şərqdəki proseslər, Ərəbistan yarımadasındakı son vəziyyət, artan ABŞ-İran gərginliyi və […]
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında bu gün daha iki matç keçirəcək. Canlixeber.com xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda saat 11:30-da İsrail millisi ilə qarşılaşacaq. U-15 millisi ikinci görüşünü saat 18:15-də Haiti yığmasına qarşı keçirəcək. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Xatırladaq ki, U-15 […]
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 26-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq. […]
Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
Bu gün Binəqədi və Qaradağ rayonlarının bir sıra ərazilərində qaz olmayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun S. S. Axundov küçəsinin, Qaradağ rayonunun Qobustan qəsəbəsinin, Təzə Yurd və 2A yaşayış massivlərinin qaz təchizatında qısamüddətli […]
Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır
Azərbaycanın daha üç yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə start verəcək. Canlixeber.com xəbər verir ki, Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) xalça üzərinə çıxacaqlar. N.Məmmədli ilk görüşünü ABŞ təmsilçisi Xavyer Consona (ABŞ) qarşı keçirəcək. İ.Abbasov türkiyəli Ali Cengizlə qarşılaşacaq. H.Cəfərov isə ilk görüşdən […]
Sabah hava meteohəssas insanlara necə təsir edəcək?
Oktyabrın 26-ı üçün tibbi-meteoroloji proqnoz açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Oktyabrın 26-da Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1 000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
Oktyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, […]
Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər həbs ediliblər
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29.234.4.1 və 29.234.4.3-cü maddələri ilə Əfəndiyev Kamran Səttar oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Dadaşov Ramil Zahir oğlu, Eldarov Eldar Faiq oğlu və Zülfiqarov Həsən Mehman oğlu təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb ediliblər. Canlixeber.com xəbər verir ki, onların barəsində həbs qətimkan tədbiri seçilib və həbsdə saxlama müddəti […]
