20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edilib
1 min read

20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edilib

Paytaxtda 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq “5.14” – “minik taksilərinin duracaq yeri” və 3.28” – “durmaq qadağandır” yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.

Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, layihənin davamı olaraq:


-Məzahir Rüstəmov küçəsi, 7 nömrəli şəhər poliklinikasının,


-Lermontov küçəsi, 22 nömrəli şəhər poliklinikasının,


-Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsi, 25 nömrəli şəhər poliklinikasının,


-Məmmədəli Şərifli küçəsi, 4 nömrəli Vərəm Əleyhinə Dispanserin,


-Əhməd Cavad küçəsi, Respublika Kliniki Uroloji Xəstəxasının,


-Əcəmi Naxçıvani küçəsi, “Medera Hospital”ın,


-Natiq Əhmədov küçəsi, “Məlhəm Beynəlxalq Hospitalı”nın yanında müvafiq nişanlar yerləşdirilməklə sərnişinlərin taksi və fərdi nəqliyyat vasitələrinə rahat minib-düşməsi təmin edilib.

Beləliklə, bu günədək paytaxtın 20 ünvanında yerləşən tibb və sosial xidmət müəssisələrinin qarşılarında minib-düşmə yeri və taksilərin sərnişinləri düşürmələri üçün imkan yaradılıb.