19 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
Azərbaycanda iş adamının ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub.
Canlixeber.com lent.az-a istinadla xəbər verir ki, “Rizalli horeca” və “Rizalii catering” şirkətlərinin dövlət büdcəsi və fondlara ümumilikdə 19 min 964 manat vergi borcu yaranıb. Lakin müəyyən müddət keçsə də, ödənişlər yerinə yetirilməyib.
Borcların ödənilməsi üçün şirkətə dəfələrlə bildirişlər də göndərilib. Son olaraq, aidiyyəti qurum şirkətin 19 yaşlı rəhbəri Kənan Məmmədovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması barədə məhkəmədə iddia qaldırıb.
Məhkəmə iddianı təmin edib. Qərara əsasən, K. Məmmədovun borcu tam ödənilənədək Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulub.
