Yeni təmayül tədris modeli üzrə müəllimlərin seçiminə başlanılıb
1 min read

Yeni təmayül tədris modeli üzrə müəllimlərin seçiminə başlanılıb

Yeni təmayül tədris modeli tətbiq olunan ümumtəhsil müəssisələrində çalışmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

İlkin mərhələdə müsahibələrə yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər dəvət olunur və Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili müəllimlərinin müsahibələri keçirilir.

Müsahibələr zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji fəaliyyət göstəriciləri, eləcə də tədrisin keyfiyyətinə təsir edən digər meyarlar üzrə səriştələri müvafiq komissiyalar tərəfindən qiymətləndirilir.