Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
1 min read

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Bu gün paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, iyulun 1-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Əsəd Əhmədov, Vasif Əliyev, Yeni Yasamal küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən Komplekt Transformator Məntəqələrində (KTM) icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Heydər Əliyev prospekti və Davud Aslan küçəsinin bəzi ərazilərini əhatə edəcək.

“Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək”. – məlumatda qeyd olunur.