UEFA Millətlər Liqası: Günün ən maraqlı qarşılaşmaları
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək.
Canlixeber.com xəbər verir ki, oyun günündə 8 qarşılaşma baş tutacaq.
A Liqasının III qrupunda Xorvatiya İngiltərəni, İspaniya isə Çexiyanı qəbul edəcək.
B Liqasının I qrupunda Şimali Makedoniya Şotlandiya ilə, İsveçrə isə Sloveniya ilə üz-üzə gələcək.
C Liqasının I qrupunda Finlandiya Albaniyanı, Belarus isə San-Marino ilə qarşılaşacaq.
C Liqasının IV qrupunda isə Estoniya Lüksemburqla, İslandiya Bolqarıstanla münasibətlərinə aydınlıq gətirəcək.
UEFA Millətlər Liqası
3 oktyabr
A Liqası, III qrup
20:00. Xorvatiya – İngiltərə;
22:45. İspaniya – Çexiya.
B Liqası, I qrup
22:45. Şimali Makedoniya – Şotlandiya;
22:45. İsveçrə – Sloveniya.
C Liqası, I qrup
17:00. Finlandiya – Albaniya;
20:00. Belarus – San-Marino.
C Liqası, IV qrup
20:00. Estoniya – Lüksemburq;
20:00. İslandiya – Bolqarıstan.
