UEFA Millətlər Liqasında həyəcan davam edir: Avropada səkkiz maraqlı duel
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək.
Canlixeber.com xəbər verir ki, bu oyun günündə səkkiz matç baş tutacaq.
A Liqasının II qrupunda Serbiya Niderlandla, Almaniya isə Yunanıstanla qarşılaşacaq. A Liqasının IV qrupunda Danimarka Uelsi qəbul edəcək, Norveç isə Portuqaliya ilə üz-üzə gələcək.
B Liqasının III qrupunda Avstriya Kosovo, İsrail isə İrlandiya ilə qarşılaşacaq.
D Liqasında isə iki oyun keçiriləcək. I qrupda Cəbəllütariq Andorra ilə üz-üzə gələcək. II qrupda isə Azərbaycan millisi səfərdə Litva ilə qarşılaşacaq.
UEFA Millətlər Liqası
27 sentyabr
A Liqası, II qrup
20:00. Serbiya – Niderland;
22:45. Almaniya – Yunanıstan.
A Liqası, IV qrup
20:00. Danimarka – Uels;
22:45. Norveç – Portuqaliya.
B Liqası, III qrup
20:00. Avstriya – Kosovo;
22:45. İsrail – İrlandiya.
D Liqası, I qrup
20:00. Cəbəllütariq – Andorra.
D Liqası, II qrup
17:00. Litva – Azərbaycan.
