UEFA Konfrans Liqasında Liqa mərhələsi start götürür
UEFA Konfrans Liqasında 2026/27 mövsümündə Liqa mərhələsinə start verilir.
Canlixeber.com xəbər verir ki, ilk turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq.
Günün diqqətçəkən görüşlərində “Atalanta” “Pafos”la, KuPS “Trabzonspor”la, “Kopenhagen” “Braqa” ilə, “Brayton” isə “Kauno Jalgiris”lə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
Liqa mərhələsi
I tur
Saat 20:45
“ÇSKA Sofiya” (Bolqarıstan) – “Monako” (Fransa);
“Eqnatiya” (Albaniya) – “Midtyulland” (Danimarka);
“Gent” (Belçika) – “Orhus” (Danimarka);
“Hayduk Split” (Xorvatiya) – “Ayaks” (Niderland);
KuPS (Finlandiya) – “Trabzonspor” (Türkiyə);
“Luqano” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya);
“Myölbü” (İsveç) – “İnter Eskaldes” (Andorra);
“Panatinaikos” (Yunanıstan) – “Borats Banya-Luka” (Bosniya və Herseqovina);
“Riqa” (Latviya) – “Kayrat” (Qazaxıstan);
“Universitatya Krayova” (Rumıniya) – “Xetafe” (İspaniya).
Saat 23:00
“Atalanta” (İtaliya) – “Pafos” (Kipr);
“Brann” (Norveç) – “Linkoln” (Cəbəllütariq);
“Brayton” (İngiltərə) – “Kauno Jalgiris” (Litva);
“Kopenhagen” (Danimarka) – “Braqa” (Portuqaliya);
“Frayburq” (Almaniya) – “Yablonets” (Çexiya);
“Hart of Midlotiyan” (Şotlandiya) – “Norşellan” (Danimarka);
“Sent-Trüden” (Belçika) – “İberiya 1999” (Gürcüstan);
“Tvente” (Niderland) – “Tun” (İsveçrə).
