UEFA Çempionlar Liqası: “Sabah” Finlandiyada vacib görüşə çıxır
Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz “Sabah” klubu doğma meydanda Finlandiyanın “KuPS” komandası ilə cavab görüşünə çıxır.
Canlixeber.com xəbər verir ki, Finlandiyanın Kuopio şəhərindəki “Savon Sanemat Areena” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, tərəflər arasında iyulun 21-də keçirilmiş ilk görüş 1:0 hesabı ilə “Sabah”ın qələbəsi ilə başa çatmışdı.
Bu cütün qalibi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Orxus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında Danimarkada keçirilmiş ilk görüş 1:4 hesabı ilə polşalıların qələbəsi ilə yekunlaşıb.
