Türkiyədə daha bir vəqfə qarşı əməliyyat keçirilib
1 min read

Türkiyədə daha bir vəqfə qarşı əməliyyat keçirilib

Türkiyədə Adana Polis idarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları səhər saatlarında Furkan Vəqfində əməliyyat keçiriblər.


Canlixeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Furkan Vəqfinin təsisçisi Alparslan Kuytulun evinin qarşısına çox sayda polis qrupları cəlb edilib və evdə axtarış aparılıb.


Nəticədə Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul, eləcə də vəqfin çox sayda üzvü saxlanılıb.


Saxlanılanlar ciddi təhlükəsizlik tədbirləri altında sağlamlıq yoxlanışı üçün Adana Məhkəmə Tibbi Qurumuna, oradan da polis bölməsinə aparılıblar.


Qeyd edək Furkan Vəqfi Alparslan Kuytulun rəhbərliyi ilə Adanada yaradılmış diniyönümlü təşkilatdır. Qurani-Kərimə uyğun təhsil vermək, nəsil yetişdirmək və islam mədəniyyəti qurmaq iddiası ilə fəaliyyət göstərən vəqf idarəetmə forması və ritorikası səbəbindən tez-tez hüquqi proseslərlə üzləşib və ictimai müzakirələrə səbəb olub .