Tesla Uçan avtomobilini təqdim edib
1 min read

Tesla Uçan avtomobilini təqdim edib

Tesla” şirkəti yeni nəsil “Roadster” elektrikli idman avtomobilini təqdim edib. İlon Maskın rəhbərlik etdiyi şirkət avtomobilin havaya qalxmasını və havada manevrlər etməsini nümayiş etdirib.

Canlixeber.com verir ki, ABŞ-ın Texas ştatında keçirilən təqdimatda nümayiş etdirilən iki nəfərlik avtomobil “SpaceX” mühəndisləri ilə birgə hazırlanıb.

Avtomobil xüsusi dartı sistemi vasitəsilə havaya qalxıb, havada dönmə hərəkəti edib və yerə enib. Təqdimat zamanı onun bir neçə avtomobilin üzərindən tullanması da nümayiş etdirilib.

Şirkətin məlumatına görə, “Roadster” saatda 97 kilometr sürətə bir saniyədən az müddətdə çata bilər. Avtomobilin maksimal sürətinin isə saatda 370 kilometrdən çox olacağı bildirilir.

İlon Mask yeni modelin istehsalına 2028-ci ildə başlanmasının planlaşdırıldığını açıqlayıb. Bununla belə, avtomobilin ümumi istifadədə olan yollarda hərəkətinə icazə verilib-verilməyəcəyi hələ dəqiq deyil.

Qeyd edək ki, “Tesla” yeni nəsil “Roadster” modelini ilk dəfə 2017-ci ildə elan etmişdi. Yeni təqdimat avtomobilin istehsala hazırlanması istiqamətində mühüm mərhələ hesab olunur.