Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO)
ASCO-da yeni təyinat olub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) yeni kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Məhəmməd Topalov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin İstismar-kommersiya departamentinin rəisi təyin edilib. Qeyd edək ki, o, son təyinata qədər “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin müşaviri postunda çalışıb.
