Vəzifədən azad edilmə
Mirrəhim Nəbiyev vəzifəsindən azad edildi
Ağciyər Xəstəlikləri Mərkəzinin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri – baş həkim Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib. Canlixeber.com xəbər verir ki, hazırda onun yerinə təyinat yoxdur. M.Nəbiyevin vəzifədən azad edilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib. Xatırladaq ki, Mirrəhim Nəbiyev daha əvvəl Masallı Rayon Vərəm Dispanserinin baş həkimi vəzifəsində çalışıb.
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Fövqəladə Hallar Nazirliyinin Aparatında şöbə rəisi vəzifəsindən azad olunub. Canlixeber.com Qaynarinfoya istinadla xəbər verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli öz ərizəsi ilə vəzifəsindən azad edilib. Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Qeyd edək ki, Çillər Əsədli Bakı Şəhər […]
Namidə İsayeva vəzifəsindən ayrıldı
Nizami Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr və mətbuat rəhbəri vəzifəsində çalışan Namidə İsayeva işindən ayrılıb. Canlixeber.com xəbər verir ki, bu barədə özü məlumat verib. N.İsayeva bildirib ki, dörd il çalışdığı vəzifəsindən öz ərizəsi əsasında ayrılmaq qərarı verib.
Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
Gəncə Beynəlxalq Hava Limanının direktoru Bəylər Nəcəfov vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, o, yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Qeyd edək ki, B.Nəcəfov uzun müddət sözügedən vəzifədə çalışıb.
