1 min read

İtkin-şəhid Akif Qurbanovun qalıqları dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Akif Cəbrayıl oğlu Qurbanov dəfn edilib. Canlixeber.com xəbər verir ki, əvvəlcə şəhidlə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra mərhumun qalıqları Sulutəpə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib. […]

1 min read

Birinci Qarabağ müharibəsinin şəhidləri dəfn ediləcək

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib. Məlumatda qeyd olunub ki, Birinci Qarabağ müharibəsində itkin düşən və sonradan nəşi tapılaraq şəxsiyyəti müəyyənləşdirilən Məmmədov Çümşüd Həsənxan oğlu, İsmayılov Sərdar Cəfər oğlu, Məhərrəmov Vaqif […]

2 mins read

Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək

“Yaxın günlərdə şəxsiyyəti müəyyən edilmiş bir neçə itkin-şəhidin nəşlərinin ailələrinə təhvil verilməsi həyata keçiriləcək”. Canlixeber.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. General vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşların taleyinin […]

1 min read

I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi dəfn olunacaq. Oxu.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Rəşadət Əli oğlu Piriyevin qalıqları Bərdə rayonu, Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.