Sürücülərin nəzərinə
Bölgələrə səfər edənlərə XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərləri ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib. İdarədən Oxu.Az-a verilən xəbərə görə, müraciətdə deyilir ki, həftəsonu ilə əlaqədar bölgələrə gedənlərin sayının artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir: “Bu isə bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və […]
DYP küləkli hava ilə bağlı xəbərdarlıq edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı xəbərdarlıq edib. Canlixeber.com xəbər verir ki, xəbərdarlıqda deyilir: “Hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə müşahidə olunan küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarından […]
Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var
Bakının Qaradağ rayonu ərazisində güclü toz dumanı müşahidə olunur. Canlixeber.com xəbər verir ki, əsasən, Qobustan qəsəbəsindən paytaxt istiqamətində tozlu külək səbəbindən yollarda görünüş məsafəsi azalıb. Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti iyulun 27-si və 28-də ölkə ərazisində güclü külək əsəcəyini proqnozlaşdırmışdı.
İsti hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 25-29-da Azərbaycanda gözlənilən isti hava şəraiti ilə əlaqədar sürücüləri daha diqqətli olmağa, səhhətlərini və nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etməyə çağırıb. Oxu.Az xəbər verir ki, bu barədə İdarə məlumat yayıb. Qeyd olunub ki, yüksək temperatur sürücülərdə diqqətin azalmasına, tez yorulmaya, reaksiya müddətinin uzanmasına, eləcə də səhhətdə qəfil […]
NİİM skuter və velosiped sürücülərinə müraciət edib
Bakının Nəsimi rayonu, Füzuli küçəsində skuter və velosiped idarə edən şəxslərin avtobus zolağında və yolun hərəkət hissəsində yol hərəkəti qaydalarını pozaraq əks istiqamətdə hərəkət etməsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu, qəza şəraitinin yaranmasına səbəb olub. “Sürücülər bilməlidir ki, “Yol hərəkəti haqqında” Qanunun 46-1-ci maddəsinə […]
BDYPİ sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. Canlixeber.com xəbər verir ki, müraciətdə deyili: “Həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxtdan bölgələrə, turizm və istirahət məkanlarına, eləcə də dənizkənarı istirahət zonalarına aparan istiqamətlərdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini […]
Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə: Bunları Bilməlisiniz
Sürücülük vəsiqəsi almaq istəyənlərin sayı ildən-ilə artsa da, imtahana hazırlıq prosesi yalnız yol hərəkəti qaydalarını əzbərləməklə məhdudlaşmamalıdır. Təhlükəsiz sürücülük vərdişlərinin formalaşdırılması, yol nişanlarının düzgün mənimsənilməsi, praktiki bacarıqların inkişaf etdirilməsi və psixoloji hazırlıq uğurlu nəticə əldə etməyin əsas şərtlərindəndir. Bəs sürücülük vəsiqəsi almaq istəyənlər imtahana necə hazırlaşmalıdırlar, ən çox hansı səhvlərə yol verirlər və hazırlıq zamanı […]
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
Müşahidələr göstərir ki, təkcə bu ilin əvvəlindən sükan arxasında mobil telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta faktı aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir. Qeyd olunub ki, bu statistika sürücülərin bir qisminin hələ də diqqəti yayındıran bu təhlükəli vərdişdən tam imtina etmədiyini göstərir: “Mobil […]
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) xəbərdarlıq yayıb. Bildirilib ki, xüsusilə, gecə və səhər saatlarında çiskinli hava yollarda görünüş məsafəsini məhdudlaşdırır və sürücülərə ciddi çətinliklər yaradır. “Baş Dövlət […]
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki iyunun 16-da ölkə ərazisinin əksər yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
