Sahibə Qafarova
Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb. Canlixeber.com xəbər verir ki, spiker bu barədə Serbiyanın paytaxtı Belqrad şəhərində Qoşulmama Hərəkatının 65-ci ildönümünə həsr olunmuş tədbirdə deyib. “Parlamentlərarası İttifaqda rəhbər vəzifəyə namizədliyimin irəli sürülməsi mənim üçün böyük şərəfdir. Seçkilər bu ilin oktyabr ayında Tanzaniyada keçiriləcək və həmin vaxt […]
Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir
Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının ilk konfransının 65-ci ildönümü qeyd olunur. Canlixeber.com xəbər verir ki, Serbiya Sarayında keçirilən yüksək səviyyəli kommemorativ görüşdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir. O, Qoşulmama Hərəkatının hazırkı Troykasının üzvü olan Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edir. Görüşdə Qoşulmama Hərəkatının tarixi irsi, onun əsas prinsipləri və müasir beynəlxalq münasibətlər sistemində […]
Sahibə Qafarova Serbiyada səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfər edib. Canlixeber.com xəbər verir ki, sədrin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin səfərində məqsəd Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirakdır. Belqrad şəhərinin Nikola Tesla hava limanında Milli Məclisin sədrini Serbiyanın daxili və xarici siyasət naziri, […]
Sahibə Qafarovaya köməkçi təyin edilib
Milli Məclisdə yeni kadr təyinatı həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə parlamentin rəsmi saytında qeyd edilib. Belə ki, Aydan Tofiq qızı Fərəcova Milli Məclis sədrinin köməkçisi təyin edilib.
