Rəcəb Tayyib Ərdoğan
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, toplantının gündəm mövzusu birjada manipulyasiya nəticəsində yaranan böhran olacaq. Bununla yanaşı, “Terrorsuz Türkiyə” prosesi də müzakirə ediləcək. Məlumata görə, Yaxın Şərqdəki proseslər, Ərəbistan yarımadasındakı son vəziyyət, artan ABŞ-İran gərginliyi və […]
Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib. Dövlətimizin başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq
Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. Canlixeber.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr – Anım Günü ilə bağlı paylaşımında bildirib. “Anım Günü münasibətilə Qarabağı işğaldan azad etmək və onu yenidən azadlığına qovuşdurmaq uğrunda mübarizə aparmış qəhrəman şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə dərin ehtiramımı bildirirəm. Qarabağ Azərbaycan […]
Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Canlixeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olunub. Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm […]
İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb. Canlixeber.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, 2016-cı ilin 15 iyul tarixində Türkiyə Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı Vətənlərini qorumaq üçün həyatlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, […]
