Prezident İlham Əliyev
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb
Prezident İlham Əliyev Vergi, Miqrasiya Məcəllələrində, eyni zamanda “Sosial sığorta haqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklikləri imzalayıb. Canlixeber.com xəbər verir ki, sənədə əsasən, 2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan “Startap” şəhadətnaməsi və ya texnologiyalar parkının […]
“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” dəyişib
Prezident İlham Əliyev 15 may 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib. Canlixeber.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra idarəedici təşkilatla (operatorun mülkiyyətində olan infrastruktur obyektlərinə münasibətdə ‒ operatorla) texnoparkın infrastrukturunun icarəsinə dair bağlanılmış müqavilə əsasında texnoparkın ərazisində sahibkarlıq fəaliyyətini […]
Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib. Canlixeber.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb. Qanuna əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı, Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılacaq. Sənədə əsasən, adıçəkilən bələdiyyələrin […]
İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi
Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezident yeni icra başçısı təyin etdi
Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Canlixeber.com xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib. […]
Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib
Azərbaycanla Qoşulmama Hərəkatı arasında imzalanmış Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun layihəsini imzalayıb. Bununla, 2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi” təsdiqlənib.
Azərbaycanda “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb
Prezident İlham Əliyev oktyabrın 21-də “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. Canlixeber.com xəbər verir ki, Sərəncama əsasən, Xocavənd rayonu ərazisində yerləşən, ən qədim insan məskənlərindən olan və dünya mədəniyyətinin unikal nümunəsi sayılan Azıx və Tağlar mağara düşərgələrinin tarixi-mədəni irs obyekti kimi qorunması, bərpası və elmi əsaslarla tədqiqi, habelə arxeoloji dəyərlərin yerli və […]
“Azərbaycan-Qırğızıstan beynəlxalq avtomobil əlaqələri sazişi” təsdiqlənib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib. Canlixeber.com xəbər verir ki, sənəd bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 2 dəfə artırılıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 11 oktyabr 2022-ci il tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib. Canlixeber.com xəbər verir ki, saziş bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb. Dəyişikliyə əsasən, Fondun nizamnamə kapitalı 2 dəfə artırılaraq 200 […]
