Prezident İlham Əliyev
Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Hərbi Dəniz Qüvvələrində baş tutan görüşündə “Fənərbaxça” prezidenti Əziz Yıldırım və qızı Hande Yıldırım da iştirak edib. Canlixeber.com xəbər verir ki, dövlət başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrində Türkiyə şirkətlərinin fəaliyyəti və birgə layihələrlə tanış olublar. Səfər çərçivəsində Müdafiə Nazirliyinin “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC və Türkiyənin […]
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar. Canlixeber.com xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlətimizin başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, […]
İlham Əliyev: “Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb”
Prezident İlham Əliyev Esvatininin Kralı Əlahəzrət III Msvatiniyə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Canlixeber.com həmin məktubun mətnini təqdim edir: “Əlahəzrət, Esvatini Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Hazırda Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşmışdır. Cari […]
Prezident İlham Əliyev İsveçrəyə yeni səfir təyin etdi
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Azərbaycanın Niderlandda yeni səfiri təyin olundu
Anar Keykavus oğlu Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Ciorcia Melonini ən uzun müddət vəzifədə olması münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə dövlətimizin başçısının “X” sosial şəbəkə hesabında paylaşım edilib. “İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində çalışan şəxs olması münasibətilə İtaliyanın Baş naziri Ciorcia Meloniyə səmimi təbriklərimi çatdırıram. Bu tarixi […]
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edib. Canlixeber.com xəbər verir ki, qonaq ATƏT məkanında mövcud münaqişələrdən birinin həll olunduğunu və regionda davamlı sülhün təmin edildiyini deyərək, bu xüsusda dövlət başçısını Azərbaycanla Ermənistan arasında sülh gündəliyində qazanılmış nailiyyətlər münasibətilə təbrik edib. Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı […]
İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik edib
Prezident İlham Əliyev San Marino Respublikasının Regent Kapitanları xanım Aliçe Minaya və Vladimiro Selvaya təbrik məktubu göndərib. Canlixeber.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri, San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Bu xoş gündə Sizə möhkəm […]
İlham Əliyevdən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə bağlı FƏRMAN
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla İdarə Heyətinin vəzifələri artırılıb. Belə ki, bundan sonra İdarə Heyəti artıq İdarənin işçilərinə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyən edəcək.
Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısına DƏYİŞİKLİK edildi
“Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla siyahıya aşağıdakı məzmunda 41-1-ci hissə əlavə edilir: “41-1. Məcəllənin 428.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol: 41-1.1. inzibati […]
