Mühafizə orderi
Məişət zorakılığı qurbanları üçün verilən orderlərin sayı artıb
2025-ci ildə məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı 433 mühafizə orderi icraatda olub. Onlardan 402-si qadınlar, 31-i isə kişilər barədə verilib. Canlixeber.com xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb. […]
