1 min read

Cansever vəfat etdi

Müğənni Cansever vəfat edib. Canlixeber.com xəbər verir ki, Arabesk musiqisinin məşhur nümayəndələrindən olan sənətçi 59 yaşında dünyasını dəyişib. Şimali Makedoniya əsilli ifaçı uzunsürən xərçəng xəstəliyindən sonra müalicə aldığı xəstəxanada həyatını itirib. Cansever “Ağla gözbebeğim”, “Sen de gittin” və “Kime bu inat” kimi mahnılarla məşhurlaşıb.