İtkin şəhidlər
Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək
“Yaxın günlərdə şəxsiyyəti müəyyən edilmiş bir neçə itkin-şəhidin nəşlərinin ailələrinə təhvil verilməsi həyata keçiriləcək”. Canlixeber.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. General vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşların taleyinin […]
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi dəfn olunacaq. Oxu.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Rəşadət Əli oğlu Piriyevin qalıqları Bərdə rayonu, Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.
