Fərqlənmə attestatı
Bakı üzrə 4 mindən çox şəxs məktəbi fərqlənmə attestatı ilə bitirib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 1 961 məzunu tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub. Canlixeber.com xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Bildirilib ki, 2 529 nəfər isə ümumi orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.
