1 min read

Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairi Milli Günü münasibətilə təbrik edib. Canlixeber.com.xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib. “Əlcəzairin Milli Günü münasibətilə Əlcəzair Xalq Demokratik Respublikasının xalqına və Hökumətinə səmimi təbriklər! Milli Gününüz mübarək!”. Xatırladaq ki, 1954-cü ilin 1 noyabrında Əlcəzairdə Fransa əleyhinə İstiqlal Müharibəsi və milli azadlıq hərəkatı başlayıb.