Dövlət büdcəsi
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsi və büdcəyə aid olan qanun layihələri Milli Məclisə daxil olub. Canlixeber.com xəbər verir ki, sənəd parlamentin iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri son proqnozlara əsasən 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində gözlənilir.
