Beyləqan
Beyləqan sakini sirkə turşusundan zəhərlənib öldü
Beyləqanda sirkə turşusundan zəhərlənmə faktı ölümlə nəticələnib. Canlixeber.com əbər verir ki, hadisə şəhərin Akif Cavadov küçəsində qeydə alınıb. Rayon sakini, 1991-ci il təvəllüdlü Səxavət Zahid oğlu Quliyev sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, S.Quliyev rayonda fəaliyyət göstərən yanacaqdoldurma […]
Beyləqanda altıotaqlı fərdi yaşayış evi yanıb KÜLƏ DÖNDÜ
Beyləqan rayonunda fərdi yaşayış evində yanğın baş verib. Canlixeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qəhrəmanlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Bəhmən Kərimova məxsus fərdi yaşayış evində başlayan yanğın anidən güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. […]
Beyləqanda 18 kəndin qazı kəsiləcək – Adları açıqlanmır
Mayın 25-i saat 10:00-dan Beyləqan rayonunun 18 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi ilə əlaqədardır. Qaz təchizatının hansı kəndlərdə dayandırılacağı ilə bağlı RQİİ tərəfindən hər hansı məlumat verilməyib.
