1 min read

Azərbaycanın U-21 millisi Bəhreynlə yoldaşlıq matçı keçirəcək

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq matçında qüvvəsini sınayacaq. Canlixeber.com xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə üz-üzə gələcək. Görüş saat 18:00-da start götürəcək. Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.