Tərcüməçi Ziya Muradovun ölümü prokurorluq tərəfindən araşdırılır
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.
Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcəkdir.
**
“Qanun” nəşriyyatının tərcüməçisi Ziya Muradovun ölüm səbəbi məlum olub.
Canlixeber.com xəbər verir ki, mərhum Ziya Muradov ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, hadisə avqustun 2-də Qubanın Xanagah kəndi ərazisində, dağ yürüşü zamanı baş verib.
Hazırda faktla bağlı prokurorluq tərəfindən araşdırmalar davam etdirilir.
