Siyəzəndə 79 yaşlı kişi kafedə öldü
1 min read

Siyəzəndə 79 yaşlı kişi kafedə öldü

Siyəzən rayonunda 79 yaşlı kişi kafedə ölüb.

Canlixeber.com xəbər verir ki, hadisə avqustun 11-də günorta saat 15 radələrində şəhər ərazisindəki kafedə baş verib.

Quba rayon sakini, 1947-ci il təvəllüdlü Eldar Tacəddin oğlu Babayev kafedə olarkən qəfil dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.