Şimali Kiprdə gəmi qəzasında ölən daha 2 nəfərin meyiti tapılıb
Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 12-yə çatıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb.
Qeyd olunub ki, aparılan axtarışlar nəticəsində daha 2 nəfərin meyiti sudan çıxarılıb.
Məlumat üçün bildirək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.
