Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb
Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb.
Canlixeber.com xəbər verir ki, itdiyi ehtimal olunan 55 qoyun və 30 keçini özü ilə aparan çoban R.Rüstəmovun daha sonra həmin heyvanların 14-nü mənimsədiyi müəyyənləşib.
R.Rüstəmovun eyni əməli əvvəllər də törətdiyi bildirilib.
