Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
1 min read

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Paytaxtın bəzi yerlərində qaz kəsiləcək.

Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 7-də, saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə.Dadaşov, Y.Saratov, M.Kalinin, Ş.Rustaveli, M.İbrahimov küçələrinin və Bakıxanov qəsəbəsinin M.Əmirov, R.Qəmbərov, R.Axundov, S.Qocayev, K.Kamilov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.