Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Üç rayonun qaz təhcizatında fasilə yaranacaq.
Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Belə ki, “Qaz İxrac” İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə bağlı 05.08.2026-cı il tarixində saat 18:00-dan 20.08.2026-cı il tarixində işlər başa çatanadək Samux rayonunun Qaraağaclı və Qaraarx qəsəbələrinin, Yenikənd, Köbər, Qədili, Seyidlər, Sarıqamış kəndlərinin, Şəmkir rayonunun Kür və Səməd Vurğun qəsəbələrinin, Mahmudlu, Keçili, Yeniabad, Çaparlı, Bayramlı kəndlərinin, Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Qaymaqlı, Kəmərli, Aslanbəyli, Yuxarı Salahlı kəndlərinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının texnoloji rejimlərə uyğun bərpa olunması planlaşdırılır.
