“Şahdağ Qusar”da ciddi dəyişiklik: Baş məşqçi və köməkçiləri ilə yollar ayrıldı
1 min read

“Şahdağ Qusar”da ciddi dəyişiklik: Baş məşqçi və köməkçiləri ilə yollar ayrıldı

Azərbaycanın I Liqasında mübarizə aparan “Şahdağ Qusar” klubunda ciddi kadr dəyişikliyi baş verib.

Canlixeber.com futbol klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qusar təmsilçisi baş məşqçisi Elnur Abdullayev, eləcə də onun köməkçiləri – Babək Allahverdiyev və Əlimirzə Daşzərini ilə əməkdaşlığa son qoyub.

Məlumata görə, rəhbərlik sözügedən məşqçilər korpusu ilə başa çatan müqavilənin müddətini yeniləməmək qərarına gəlib.

Xatırladaq ki, “Şahdağ Qusar” arxada qalan mövsümdə I Liqada aktivinə 43 xal yazdıraraq turnir cədvəlini 5-ci pillədə yekunlaşdırıb.