Sabirabadda 59 yaşlı kişini cərəyan vurub öldürdü
1 min read

Sabirabadda 59 yaşlı kişini cərəyan vurub öldürdü

Sabirabad rayonunda 59 yaşlı kişini elektrik cərəyanı vurub.

Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisindəki fərdi yaşayış evinin həyətində baş verib.

Rayon sakini, 1967-ci il təvəllüdlü Rafət Sabir oğlu Xancanovu həyətində işləyərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.