“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
“Şəfa” futbolçusu Elnur Cəfərovla müqavilə müddətini uzadıb.
Canlixeber.com kluba istinadən xəbər verir ki, 29 yaşlı vingerlə 1 illik anlaşmaya imza atılıb.
Elnur Cəfərov 2025-ci ilin yanvarından “Şəfa”nın formasını geyinir. O, Azərbaycan Premyer Liqasına yüksələn komandanın aparıcı üzvlərindən biri olub.
