Rəna Məmmədovaya TƏBİB-də yüksək vəzifə verildi
Rəna Məmmədova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoruna müşavir təyin edilib.
Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edək ki, TƏBİB-in icraçı direktorunun yeni müşaviri, tibb üzrə fəlsəfə doktoru Rəna Məmmədova hazırkı təyinatınadək “Paşa Sığorta” ASC-nin baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.
