Qərbi Abşeron yatağında platformada qaldırıcı qurğu aşıb, əməkdaş həyatını itirib
1 min read

Qərbi Abşeron yatağında platformada qaldırıcı qurğu aşıb, əməkdaş həyatını itirib

Avqustun 22-də Qərbi Abşeron yatağı, 50 saylı platformada iş prosesi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində SOCAR AQŞ-nin əməkdaşı Abbasov Nizami Ələddin oğlu həyatını itirib.

Canlixeber.com xəbər verir ki, SOCAR AQŞ-dən hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, Nizami Abbasovun qaldırıcı qurğunun aşması nəticəsində həlak olduğu bildirilir.