“Qəbələ”də yeni məşqçi təyinatları olub
1 min read

“Qəbələ”də yeni məşqçi təyinatları olub

“Qəbələ” futbol komandasının məşqçilər korpusuna iki yeni mütəxəssis cəlb olunub.

Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Bildirilib ki, baş məşqçi Jeton Bekiriyə Burhan Emurlai və məşqçi-analitik Arvid Bregasi kömək edəcəklər.

Qeyd edək ki, Amil Ağacanov (qapıçılar üzrə məşqçi), Miloş Yevtiç (fiziki hazırlıq üzrə məşqçi) və Manaf Kələntərli (məşqçi-analitik) müvafiq korpusda fəaliyyətlərini davam etdirəcəklər.