Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
1 min read

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək.

Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Ə.İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Ə.Tağıyev, M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.