Paytaxtda 11 yaşlı qız faciəli şəkildə öldü
Bakıda azyaşlı qız binadan yıxılaraq ölüb.
Canlixeber.com xəbər verir ki, hadisə mayın 30-da paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki binada baş verib.
2015-ci il təvəllüdlü qız həmin ünvanda binanın 7-ci mərtəbəsində, yaşadığı mənzilin balkonunda olarkən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
