Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
1 min read

Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı

Naftalana istirahətə gələn kişi ölüb.

Canlixeber.com xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən hotellərdən birində qeydə alınıb.

Belə ki, Özbəkistan vətəndaşı, 1987-ci il təvəllüdlü Cafar Mahmudoviç Mahmudovun istirahət etdiyi sanatoriyada qəfil halı pisləşib və o, ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.