Ölkədə olmayan səfiri XİN-ə çağırdılar
Ukrayna səfiri, ölkədəki Trans-Balkan Qaz Boru Kəmərinin kompressor stansiyası yaxınlığında Ukrayna pilotsuz təyyarəsinin səbəb olduğu ehtimal edilən partlayışdan sonra Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Canlixeber.com xəbər verir ki, Bolqarıstan Xarici İşlər Nazirliyi bildirib ki, nazir Velislava Petrova 8 avqustda baş verən dron hadisəsi ilə əlaqədar Ukrayna səfiri Olesya İlaşçuku çağırıb.
Xarici İşlər Nazirliyi qeyd edib ki, İlaşçuk hələ ölkəyə qayıtmadığı üçün görüşün 10 avqust bazar ertəsi günü baş tutacağı gözlənilir.
