“Neftçi SOCAR” Dünya Qadın Seriyasının Tokio mərhələsində mübarizəni dayandırıb
3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Tokio mərhələsində mübarizəni 1/4 finalda dayandırıb.
Canlixeber.com xəbər verir ki, təmsilçimiz qrup lideri kimi vəsiqə qazandığı 1/4 finalda Çinin “Pekin” klubuna uduzub – 17:20.
Qeyd edək ki, “Neftçi SOCAR” ilk oyunda ABŞ millisinə 18:13 hesabı ilə qalib gəlib.
Azərbaycan kollektivi sonuncu qrup oyununda isə Niderlandın U-25 komandasını 20:18 hesabı ilə məğlub edib.
